`The Independent` qəzeti bağlanır

`The Independent` qəzeti bağlanır
  13 Fevral 2016    Oxunub:1422
Britaniyanın məşhur `The Independent` qəzeti çap versiyasından imtina edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzet martın 26-dan çap versiyasını dayandıraraq rəqəmsal versiyaya keçəcək.

Qəzetin sahibi Yevgeni Lebedev bildirib ki, 30 illik nəşrin bu formaya üstünlük verməsi müasir dövrün tələbləri və oxucuların istəyi bağlıdır. Qəzetin 150 nəfərlik kollektivində ixtisarların olub-olmayacağı açıqlanmayıb.

Qeyd edək ki, Britaniyada dərc olunan "The Independent" qəzeti 1986-cı ildə yaranıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti