Hollivud ulduzu ermənilərin hədəfində - VİDEO

Hollivud ulduzu ermənilərin hədəfində - VİDEO
  08 Fevral 2016    Oxunub:16993
Məşhur Hollivud ulduzu, ikiqat Oscar mükafatının sahibi Ben Afflek ABŞ-da yaşayan ermənilərin hədəfinə tuş gəlib.

AzVision.az xəbər verir ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Ben Afflekin Türk Hava Yolları (Turkish Airlines) şirkətinin reklam rolikinə çəkilməsinə etiraz olaraq aktyora qarşı `Twitter` şəbəkəsində xüsusi kampaniyaya başlayıb.

Komitə aviaşirkətin səhmlərinin 49%-nin Türkiyəyə məxsus olduğunu qeyd edərək, şirkətin əldə etdiyi gəlirlərin guya regionda aqresiyaya səbəb olduğunu bəyan edib.

“Türkiyənin Ərdoğan hökuməti `Turkish Airlines` şirkətin səhmlərinin 49%-nə malikdir. #FlytoGothamdan əldə olunan gəlirlər regional təcavüz və daxili hərbi əməliyyatlara xərclənir”, - deyə ANCA-nın paylaşdığı `tweet`-də bildirilir.

Bundan əlavə, ermənilər şəkildə #flyforisis (İŞİD üçün uç) həştaqından da istifadə ediblər.

Qeyd edək ki, Türk Hava Yolları şirkəti Amerika Milli Futbol Çempionatı final oyunu (Superbowl) ilə bağlı xüsusi reklam roliki hazırlayıb. Rolikdə `Turkish Airlines` dünyanın ən çox ölkəsinə uçuşlar həyata keçirən şirkət kimi təqdim olunub. Reklam rolikində `Betmen Supermenə qarşı: Ədalətin astanısında` (Batman v Superman: Dawn of Justice) filminin baş rol ifaçısı Ben Afflek hadisələrin baş verdiyi Qotham şəhərinə uçur.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti