Elmar Vəliyev `Gənclərin dostu` seçildi - Fotolar

Elmar Vəliyev `Gənclərin dostu` seçildi - Fotolar
  02 Fevral 2016    Oxunub:3066
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2 fevral “Gənclər Günü” münasibəti ilə gənclərlə görüşüb.
AzVision.az xəbər ki, tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər. YAP Gəncə şəhər Təşkilatının inzibati binasında keçirilən görüş Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə gənclərə göstərilən dövlət qayğısından, eləcə də Gəncədə 2016-cı il üçün gənclərlə bağlı aparılacaq işlərdən söz açılıb.

Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov vurğulayıb ki, 2 fevral -Azərbaycan gəncləri günü 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi idi. İdarə rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıb.

Müşviq Cəfərov bildirib ki, 2015-ci il ərzində gənclərin iştirakı ilə 130 yerli və beynəlxalq tədbir həyata keçirilib. Bu tədbirlərdə 25.000-dən çox gənc iştirak edib. Gəncəli gənclər “Bakı 2015 Avropa Oyunları” zamanı və “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstəriblər.

Yığıncaqda Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Bölməsinin sədri Aygün Həsənzadə, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin koordinatoru Aysun Zeynalova, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatlarının sədrləri Azərbaycan gəncliyindən və Gəncə şəhərində gənclər üçün yaradılan imkanlardan söz açıblar.

Görüşdə iştirak edən gənclər iclas zalında qoyulan açıq mikrofonlarla arzu və istəklərini, təkliflərini bildiriblər. Müraciətlərdə 2016-ci il Avropa Gənclər Paytaxtı təşkilat komitəsinin həyata keçirdiyi tədbirlərlə bağlı könüllülər qrupuna üzvlərin sayının çoxaldılması, Gəncədə fəaliyyət göstərən universitetlərin yataqxanalarının təmiri, QHT-nin yaradılması, universitet kitabxanalarının zənginləşdirilməsi, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” ilə bağlı flaşmobun yaradılması, muzeylərlə bağlı bukletlərin hazırlanması və digər məsələlərlə bağlı fikirlər səsləndirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən görüşdə gənclərin bir sıra problemləri yerindəcə həll olunub. Müraciət və təklifləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə, məsul şəxslərə tapşırıqlar verilib. Gənclər keçirilən görüşdə işgüzarlıq, təşəbbüskarlıq, fəallıq göstəriblər və səmimi söhbətlərdən, doğma münasibətdən məmnun qalıblar.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri bayram münasibəti ilə təbrik edib, onlara daha uğurlu və parlaq gələcək arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezidenti İlham Əliyevin gənclərin inkişafı və onların vətənpərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrindən, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən söhbət açıb. Bütün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, həmrəy olmağa çağırıb.

Tədbir sonunda ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib. Eyni zamanda Gəncə gəncləri tərəfindən Elmar Vəliyevə “Gənclərin Dostu” mükafatı təqdim edilib.

Qalereya




Teqlər:  





Xəbər lenti