Köçkünlərə son xəbərdarlıq - `Yemək pulu` verilməyəcək

Köçkünlərə son xəbərdarlıq - `Yemək pulu` verilməyəcək
  28 Noyabr 2015    Oxunub:7254
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dövlət tərəfindən verilən mənzillərdə yaşamayan məcburi köçkünlərə edilən xəbərdarlıqda nəzərdə tutulan müddət başa çatır.
AzVision.az-ın məlumatına görə, belə ki, dövlət tərəfindən verilən evlərdə yaşayan məcburi köçkünlər 10 gün müddətində həmin mənzillərə qayıtmasalar onlara verilən yemək xərci üçün verilən aylıq müavinətlər, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq.

Bu xəbərdarlıq komitə tərəfindən noyabrın 19-da edilmişdi. Bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyənləşdirilib.

Dəfələrlə xəbərdarlıq edilsə də, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.

Dövlət Komitəsi bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq etmişdi ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci üçün verilən aylıq müavinətlər, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər də bərpa olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti