`Rusiya bizdən üzr istəməlidir` - Ərdoğandan Putinə cavab

`Rusiya bizdən üzr istəməlidir` - Ərdoğandan Putinə cavab
  26 Noyabr 2015    Oxunub:2589
Türkiyə "Su24" hərbi təyyarəsinin vurulmasına görə Rusiyadan üzr istəməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rusiyalı həmkarı Vladimir Putinin Türkiyədən üzrxahlıq gözləməsinə münasibət bildirən Ərdoğan qeyd edib ki, üzr istəməsi lazım olan tərəf varsa, o da sərhədimizi pozanlardır.

Onun sözlərinə görə, Rusiya Türkiyədən üzr istəməlidir.

Xatırladaq ki, RF Prezidenti Vladimir Putin Türkiyənin Rusiyadan üzr istəməli olduğunu bildirmişdi.


Teqlər:





Xəbər lenti