Ərdoğandan Putinə: `Ayıbdır, yazıqlar olsun...`

Ərdoğandan Putinə: `Ayıbdır, yazıqlar olsun...`
  26 Noyabr 2015    Oxunub:4747
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Su-24” təyyarəsinin vurulmasından sonra Rusiya lideri Vladimir Putinin “Türkiyə İŞİD-dən neft alır” iddialarına sərt şəkildə reaksiya verib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

“İndi də deyirlər ki, Türkiyə İŞİD-dən neft alır. Hakim dairələrdə olanlar bunu deyir. Ayıbdır, yazıqlar olsun. Türkiyənin bu gün nefti və qazı aldığı yerlər məlumdur. Bu sahədə ən böyük tədarükü Rusiyadan alırıq. İkinci yerdə İran gəlir. Azərbaycan və Şimali İraqdan qaz alırıq. İŞİD-dən neft aldığımız iddia edənlər bunu sübut etməlidirlər. Əks təqdirdə bizə heç kim şər ata bilməz”, - deyə türk lider qeyd edib.

Ərdoğan vurulan rus təyyarəsi ilə bağlı danışarkən vurğulayıb ki, əgər hərəkət bu gün təkrar olsa, Türkiyə yenə eyni addıma atacaq.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti