Nazirlikdən Nardarandakı atışma ilə bağlı Açıqlama
Bildirilib ki, nazirliyə hadisə zamanı 3 nəfərin yaralanması ilə bağlı məlumat daxil olub.
`Yaralılar əməliyyat olunub, onların vəziyyəti stabildir`.
Qeyd edilib ki, nazirlik yaxın saatlarda hadisə ilə bağlı geniş məlumat yayacaq.
Qeyri-rəsmi məlumatlara görə, Nardaranda dindarlarla polis əməkdaşları arasında baş verən atışma zamanı 4 nəfər ölüb, onlardan 2-si polis əməkdaşıdır. Yaralıların sayının 10-dan çox olduğu bildirilir.
Gültəkin Ələsgər