7 erməninin güllələnmə anı – VİDEO

7 erməninin güllələnmə anı – VİDEO
  30 Oktyabr 2015    Oxunub:38081
Başqırdıstanın Salavat şəhərində 7 erməninin güllələnməsi ilə nəticələnən insidentin görüntüləri yayılıb.

AzVision.az “LifeNews”-a istinadən xəbər verir ki, 7 ermənini 8 nəfər güllələyib.

Müşahidə kamerasında olan görüntülərdən avtoservis yerləşdiyi “Sevr” bazasında maşının gəlməsi, insanların avtomobildən aşağı düşərək avtoservis istiqamətində getdiyi aydın görünür. Onlar qara gödəkcə və başlıq taxıblar. Həmin şəxslərdən birinin əlində tapançaya bənzərə əşya var. Onlar video-müşahidə kamerasının qarşısından keçirlər və 6 dəqiqə sonra geri qayıdırlar. Lakin bu dəfə onlar baza qapısı tərəfinə qaçırlar. Videogörüntülərdə qeydə alınan vaxta əsasən cinayəti törətmələri üçün onlara beş dəqiqə vaxt lazım olub.

Ötən gecə Başqırdıstanın Salavat şəhərinin xəstəxanasına odlu silahdan yaralanmış 7 erməni gətirilib.

Ən son məlumata əsasən, xəsarət alanlardan biri-avtoservisin sahibi A.Sarkisyan Salavat mərkəzi şəhər xəstəxanasında başından aldığı güllə yarasından ölüb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti