Sinoptiklərin proqnozu: yağış, leysan...

Sinoptiklərin proqnozu: yağış, leysan...
  09 Oktyabr 2015    Oxunub:2426
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 09-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti