İnsan itirmək çətindir...

İnsan itirmək çətindir...
  30 Sentyabr 2015    Oxunub:5328
İradə Cəlil

Mənə elə gəlirdi ki, bir daha ayağa qalxa bilmərəm, ağılımı itirərəm, intihar edərəm. Daha doğrusu intiharın astanasındaydım. İnsan itirmək çətindir, alışa bilmirsən onsuzluğa. Gözün telefonda qalır. İçində qəribə bir hiss gəzərək, boğazında tıxanır. Gözlərin dolur. Qışırmaq, vurub-dağırtmaq, sındırmaq istəyirsən.


Sonra bədənin süst düşür. Yatağa qapanırsan, bütün pərdələri çəkirsən ki, otağına zərrə qədər işıq süzülməsin. Və bu, davam edir. Saatlarla ağlamalar, hönkürmələr.

Yeməyin ən şirin yerində onu xatırlamaq. Çörəyin ilişib boğazında qalması... Hamı deyib-gülərkən, sənin ancaq və ancaq onu düşünməyin...

İnsan itirmək çətindir. O olmayandan sonra dərk edirsən hər şeyin mənasız olduğunu. Pulun-paranın, dünya nemətərinin. Sonra bir müddət keçir və alışırsan bu yoxluğa. Amma əvvəlki kimi olmursan. Ürəyində böyük bir boşluq olur. Ötəri sevgilər doldurmur yerini. Nəvazişlər, öpüşlər içərisində yenə boşluqda olursan. Sanki yerlə-göy arasındasan, sanki varla yox arasında, sanki ölümlə həyat arasında. Bu dövrdə nə etdiyinin fərqində olmursan. Başqalarının yanlış hesb etdiyini də sən bu dövrdə edirsən.

İnsan itirmək çətindir. Hələ bu itki əbədidirsə. Hələ qayıtmayacağını dərk edə bilirsənsə. Bir daha görməyəcəyini, bir daha hiss etməyəcəyini, bir daha səsini eşitməyəcəyini anlayırsansa, bu daha ağrılı, dözülməz olur. Zaman keçir. İçində bir hiss yaranır. Susuzluq kimi. Ancaq keçməyəcək bir susuzluq. Gözlərinin yaşını içirsən az qala...

Məzarına baxırsan... Burada bir zamanlar sözünə baxmadığım, bəlkə də ərköyünlük edib, incitdiyim adam yatır.. Atam yatır. O qədər ağlamısan ki, daha gözündə də yaş qalmayıb. Key kimi dayanıb, məzardan boylanan şəkilə baxırsan. Özünü söyürsən, içində min dəfə özünü öldürürsən, çırmaqlayırsan duyğularını. İçindəki yara bir az da böyüyür. Məzarla danışa-danışa böyüyürsən sanki.
Ona görə deyirlər ki, “Ölən ölür, canı qutarır, Mən hər gün ölürəm sənsiz...”

Səninlə uşaqlığımı, körpəliyimi, saflığımı itirdim. Daha mənə “Anam, darıxıram sənin üçün” deyən olmayacaqdı. Daha qarşıma çıxan olmayacaqdı. Daha danlayan, sözünü eşitməyəndə “nə bilirsən et” deyən olmayacaqdı. Daha kimsəsiz qalacaqdım həyatda. Səni itirəndə həyatın bu qədər boşalacağını bilmirdim. Səninlə hər şey mənasını itirdi. Dünya boşaldı Sənsiz.

Bəlkə sağlığında dəyərini bilməmişəm. Bağışla məni ATA... Sənsiz çox çətindir...


Teqlər: İradə-Cəlil  





Xəbər lenti