ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar
  02 Sentyabr 2015    Oxunub:2433
ABŞ bu ölkənin İrana, Şimali Koreya və Suriyaya qarşı silah satmamaq qanunu pozmaqda şübhəli bilinən Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az `BBC`yə istinadən xəbər verir ki, bu barədə ` Federal Register` dövlət nəşrinin yaydığı məlumatda bildirilir.

Rusiyadan başqa sanksiyalar siyahısına İran, Çin, Suriya, BƏƏ, Suriya, Sudan və Türkiyədən olan şirkətlərin də adı daxil edilib.

Məlumatda vurğulanır ki, ABŞ nazirlik və idarələrinə bu şirkətlərlə müqavilələr bağlamaq, onlara istənilən maddi dəstək və kömək göstərmək qadağan edilir.

Bundan əlavə, sanksiya siyahısında olan şirkətlərə silah satılması da qadağan edilib. Daha əvvəl xidmət və satış sahəsində bağlanan digər müqavilələr də ləğv olunur.

Sanksiyalar iki il müddətinə qüvvədə qalacaq. Bu müddət ABŞ dövlət katibi dəyişdirilə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti