Azərbaycanlı uşaq Belarusu `Eurovision`da təmsil edəcək

Azərbaycanlı uşaq Belarusu `Eurovision`da təmsil edəcək
  28 Avqust 2015    Oxunub:2671
Həmvətənimiz Ruslan Aslanov uşaqlar arasında “Eurovision-2015” mahnı müsabiqəsində Belarusu təmsil edəcək.

AzVision.az BELTA agentliyinə istinadla xəbər verir ki, Belarusda populyar beynəlxalq mahnı müsabiqəsinə milli seçim turunun finalında bu gənc ifaçı qalib gəlib.

Gənc artistə Belarus milli seçim mərhələsinin rəmzi olan büllur mikrofon təqdim edilib. Ruslan bu mükafatın ilk sahibi olub. Milli seçim turunun qalibi üçün xatirə hədiyyəsini sponsorlar təşkil ediblər.

Milli seçim turunun lideri tamaşaçılar arasında və peşəkar münsiflər heyəti tərəfindən eyni vaxtda keçirilən səsvermə yolu ilə (50:50) müəyyən edilib. Həm tamaşaçılar, həm də peşəkar münsiflər heyəti Ruslanın ifa etdiyi “Ecazkarlıq” (“Volşebstvo”) mahnısını bütün başqa ifalardan üstün hesab ediblər.

Xatırladaq ki, uşaqlar arasında “Eurovision-2015” müsabiqəsi bu ilin noyabr ayında Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.

Qeyd edək ki, Ruslan Belarusda doğulub. Onun atası 1989-cu ildən Azərbaycandan Belarusa gedib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti