Putin Azərbaycan pavilyonunda

Putin Azərbaycan pavilyonunda
  05 Avqust 2015    Oxunub:3468
Rusiya prezidenti Vladimir Putin bu gün Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə (ÜXTNS) baş çəkib.

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, Moskva meri Sergey Sobyanin sərgi ərazisinin inkişafı və yenidən qurulması ilə bağlı işlər barədə dövlət başçısına məlumat verib.

“Burada hər şey bərpa olunacaq, muzey və sərgilərlə zənginləşdirəcəyik. İdeologiyanı qaytarmaq lazımdır ki, bura əsas sərgi məkanı olsun”, - o deyib.

Sərgidə milli pavilyonlara xüsusi diqqət verilib. 2014-cü ilin avqustundan Moskva hökuməti sərgi ərazisində MDB ölkələri ilə ticarət-sərgi mərkəzlərinin yaradılması haqqında hökumətlərarası sazişlərin həyata keçirilməsi üzrə məsul orqan kimi çıxış edir. Həmin mərkəzlərdə hər bir ölkənin əsas nailiyyətləri və milli adət-ənənələri təqdim olunacaq. Hazırda Ermənistan, Belarus, Qırğızıstanın pavilyonları fəaliyyət göstərir. Azərbaycn, Qazaxıstan və Moldovanın pavilyonlarının yaradılması üzrə işlər aparılır.

Azərbaycan, Qazaxıstan və Belarus səfirliklərinin nümayəndələri Vladimir Putinə layihələri təqdim ediblər. Azərbaycan pavilyonunun layihəsini ölkənin Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib.

2018-2019-cu illərdə Moskva hökuməti Heydər Əliyev Fondu ilə əməkdaşlıq nəticəsində “Azərbaycan” pavilyonunda müasir muzey sərgi ekspozisiyasını açmağı planlaşdırır. Ekspozisiya Azərbaycanın mədəni-tarixi irsini təqdim edəcək. Pavilyon federal əhəmiyyətli mədəni irs obyektidir.

Putin təqdim olunan layihələrin detalları ilə tanış olub və kifayət qədər razı qalıb.

“Gözəl”, - o deyib.


Teqlər:  





Xəbər lenti