Ermənini döyən idmançıya hədiyyə verildi
Birinci yeri əldə edən idmançımız Babək Əliyev isə öz növbəsində ona göstərilən etimada görə öz təşəkkürünü bildirib vəqələbəsini doğma Vətəni Azərbaycan adına aldığına görə çox sevincli olduğunu bildirib.
Xatırladaq ki,25-26 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən “Kung-fu sanda” üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub. Belə ki, 80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək, finala yüksələ bilib. Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni rəqibinə aman verməyən Babək tək ayaq zərbəsi ilə rəqibini nokauta salaraq birinci yeri əldə edib.
Onu da əlavə edə ki, Babək Əliyev “Yol xətt” MMC-nin hüquqşünası vəzifəsində çalışır.