HDP liderinin qardaşı vuruldu - Video

HDP liderinin qardaşı vuruldu - Video
  01 Avqust 2015    Oxunub:3493
Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarda Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaşın qardaşı Nurəddin Dəmirdaş yaralanıb. Bu barədə AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, “Şəhid Həmzə Yıldırım" adı verilən əməliyyatda 28 ədəd F-16 döyüş təyyarəsi havaya qalxıb. Həyata keçirilən əməliyyatlar ötən gün günorta saatlarından başlayaraq gecə yarısına qədər davam edib. Nəticədə PKK-nın 65-ə qədər sığınağı məhv edilib.

Qeyd edək ki, son günlər Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarda 260-dan çox terrorist məhv edilib, 400-dən çoxu isə yaralanıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl verdiyi açıqlamasında S. Dəmirtaşın qardaşının İraqın şimalındakı PKK düşərgələrində olduğunu bildirmişdi.



Elvin Abdulqədirov



Teqlər:  





Xəbər lenti