İlham Əliyev həmkarını təbrik etdi

 İlham Əliyev həmkarını təbrik etdi
  31 İyul 2015    Oxunub:1902
Azərbaycan prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti Simonetta Sommaruqanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzVision.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım prezident, ölkənizin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


Teqlər:  





Xəbər lenti