`Türkiyə Rusiyanı satmaz` - Kadırov

`Türkiyə Rusiyanı satmaz` - Kadırov
  31 İyul 2015    Oxunub:2435
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın hansı ölkələrlə yaxşı əlaqələrə malik olmasından danışıb.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

Kadırovun sözlərinə görə, Çeçenistan Respublikasına sanksiyalar nəticəsində elə də ciddi ziyan dəyməyib. Çünki bizim Avropa ilə az sayda ümumi layihələrimi var.

`Biz ərəb ölkələrinə, Türkiyəyə üstünlük veririk. Onlar bizi, Rusiyanı satmayıblar və satmazlar`, - deyə Kadırov vurğulayıb.

Region rəhbərinin sözlərinə görə, məhz bu ölkələrlə əlaqələri gücləndirmək lazımdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti