Dövlət Komitəsində görüş keçirilib

Dövlət Komitəsində görüş keçirilib
  29 İyul 2015    Oxunub:1900
İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstan Provaslav Kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Komitədən AzVision.az - a daxil olan məlumatda deyilir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq və mehriban qonşuluq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda digər sahələrdə olduğu kimi, din sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze və Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.


Teqlər:





Xəbər lenti