Nişanlı qız özünü öldürdü - İmtahana görə

Nişanlı qız özünü öldürdü - İmtahana görə
  26 İyul 2015    Oxunub:5464
İntihar edən gənc qız nişanlı olub .
Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, rayonun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asaraq intihar edib. Onun meyiti evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb.

Bildirilir ki, bu günlərdə 18 yaşlı B.Qəhrəmanova li məktəbə qəbul olunmaq üçün imtahan verib. Lakin onun nəticələri qənaətbəxş olmayıb. Bundan sonra sarsıntı keçirən 18 yaşlı qız özünü öldürb.

B.Qəhrəmanova nişanlı olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti