Gənc rəssamlar özlərini tanıtdılar – FOTOLAR

Gənc rəssamlar özlərini tanıtdılar – FOTOLAR
  23 İyul 2015    Oxunub:2736
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyilə “Gənc rəssamların tanıtım sərgisi” təşkil edilib.

Azərbaycan Dövlət Müzey Sərgi kompleksində baş tutan sərgidə layihənin rəhbəri Elsevər Təhməzli çıxış edərək gənc rəssamların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması üçün aparılan işlər barədə məlumat verib. O, gənclər tərəfindən çəkilmiş rəsm əsərlərini yüksək qiymətləndirdiyini deyib və bu cür layihələrin gələcəkdə davam etdiriləcəyini vurğulayıb.

Layihə rəhbəri həmçinin qeyd edib ki, müsabiqəyə 90-a yaxın iştirakçı tərəfindən 250-ə yaxın rəsm əsərləri təqdim edilib və ekspert tərəfindən həmin əsərlər qiymətləndirilib. İlk 10 yerin qalibi diplom və hədiyyələrlə, digər istirakçılar isə diplomlarla mükafatlandırılıb.


Teqlər:





Xəbər lenti