Mikayıl Cabbarov struktur dəyişikliyi etdi
Əmrdə De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılıb, Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları isə İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilib.
Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə 3 ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etmək, İnformasiya şöbəsinə isə əmrin surətinin Nazirliyin bütün struktur bölmələrinə çatdırılmasını, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etmək tapşırılıb.
Əmrin icrasına nəzarət Aparat rəhbəri M. Eynullayevə həvalə olunub.