TƏCİLİ: Yunanıstana kredit veriləcək

TƏCİLİ: Yunanıstana kredit  veriləcək
  07 İyul 2015    Oxunub:5209
Avropa Mərkəzi Bankı sensasion güzəştə gedərək, Yunanıstana kreditlərin verilməsinə yaşıl işıq yandırdı.

AzVision.az “Die Welt” qəzetinə istinadən bildirir ki, yunan banklarına lazımi kreditin verilməsilə bağlı qərar çıxarılıb. Kredit əvvəlki qaydaların qalması şərtilə veriləcək.

“Welt” əlavə edir ki, hələlik Yunanıstanda banklar həftənin çərşənbə gününə kimi bağlı qalmalıdır.

Xatırladaq ki, dünən keçirilən referendumda yunan xalqı kredit üçün qoyulan ağır şərtlərə `yox` demişdi. Beləcə, Yunan xalqı Avropa Birliyinə qalib gəlmiş sayıla bilər.

Fərrux Həsənov
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti