FOTOPARK |`Açıq- saçıq şəkillərimi verə bilərəm`- FOTOLAR, VİDEO

FOTOPARK |`Açıq- saçıq şəkillərimi verə bilərəm`- FOTOLAR, VİDEO
  02 İyul 2015    Oxunub:35587
560
AzVision. az “Foto Park” adlı layihəsinə start verir. Yay boyu bu “Foto Park” da bir çox məşhurlar “əyləşəcək”.

Adətən saytımızın müsahiblərinin fotolarını çəkən Nuron bu dəfə həm müxbirlik , həm də fotoqraflıq edəcək.

İlk qonağmız gözəlliyi ilə göz qamaşdıran model Könül Əzizovadır.



- Könül yenicə çəkilişdən çıxmısan. Özünü necə hiss edirsən?

- Çox pis. Xəstəyəm, qripəm. (gülür). Amma mən modeləm, işimi görməliyəm.

- Əsas yaşayış yerin Türkiyə olduğundan daha çox türkiyəli fotoqraflarla işləyirsən. Bizim fotoqraflarımızın onlardan fərqi nədir?

- Fərq odur ki, texniki çatışmazlıqlar var. Onlarda olan işıqlandırma sistemi, fotoaparatlar, kölgələndirmələr və bir-iki köməkçi çatışmır. Amma sırf sənin işin məncə çox peşəkardır. Rəfiqəm Yeganəyə də bunu dedim. Burada işlədiyim ikinci fotoqrafsan.

- Xarici təcrübədə model təkcə fotomodelliklə məşğul olmur. Müxtəlif sahələrə bölünür. Azərbaycanda bunu çox adam bilmir.

- “Model modeldir” deyə bir şey yoxdur. Sadəcə onun növləri var. Məsələn, manken sırf podiuma çıxır, paltarları nümayiş etdirir. Fotomodel yalnız fotolara çəkilir. Biri də var, tədbirlərdə qarşılama işlərini həyata keçirənlər, bunu da əsasən mankenlər edir. Mən isə professional fotomodeləm. İlk addımlarım isə aktrisalıqla başlayıb. Fotomodel kimi çalışmağa başlayandan sonra podiuma çıxmaq təklifi gəldi və bundan sonra podiuma çıxdım. Əslində boyumun uzunluğu 1.71 metrdir. Bu, modellik üçün yetərli sayıla bilər, amma minimum 1.75 metr olmalıdır.



- Model kimi neçə ildir çalışırsan?

- Əslində 9 ildir. Azərbaycanda çox bilinməsə də, bir çox reklamlara çəkilmişəm. Peşəkar kimi isə 8 ildir ki, fotomodeləm.

- Azərbaycanda seçilmək, bəzi bariyerləri aşmaq çox çətindir. Könül Əzizova 8 il əvvəl milli mentaliteti necə aşdı?

- Model olmaq milli mənəviyyatın nəyini pozur?

- Azərbaycanda pozur...

- Hansı modelin fəaliyyəti milli dəyərləri pozmuş sayılır?

- Sıradan köhnə fikirli azərbaycanlı ailəsinin modelliyə münasibəti birmənalı deyil. Məsələn, sənin ailənin reaksiyası necə oldu?

- Ailəm məni tanıyır, mənə güvənir, bilirlər ki, onların etibarını sarsıdacaq iş görmərəm. Model olmasın başqa iş olsun, gərək ailədə övlada etibar olsun.



- Bədən ölçüləriniz neçədir?

- 8 aydır ki, xəbərim yoxdur (gülür). Model işləməyə başlayandan ilk dəfədir ki, Azərbaycanda bu qədər uzun müddətdir qalıram, burada olduğum aylar ərzində də ölçməmişəm. Ona görə bilmirəm. Amma normalda ölçüm 91, 62, 92.

- Səni Azərbaycana ailən bağlayır. Bəs Türkiyəyə nə bağlayır?

- Dostlarım. Oradakı sərbəstliyim. Desəm ki, bunların çoxu Azərbaycanda yoxdur, məni başa düşəcəklər. Burada istər-istəməz çox şeydən ehtiyat etmək lazım gəlir. Orada isə təfəkkür bir az fərqlidir və azadam.

- Azərbaycanlı Könül Əzizova və Günay Musayeva eyni ölkədədir. Bir-birinizlə əlaqəniz varmı?

- Yox, yoxdur. Bir dəfə rastlaşmışıq. O da məni tanımayıb. Mən özümü reklam edib tanıtmağa çalışan adam deyiləm, ona görə də məni çox adam tanımaya bilər.

- Onun fəaliyyətini necə qiymətləndirirsən?

- Çox gözəl.

- Bu sahədəki kolleqalarınla dostluğun varmı?

- Azərbaycanda yoxdur, amma Türkiyədə var. Mən bir az asosial adamam, çox qaynayıb-qarışan deyiləm. Türkiyə şou-biznesində olanlarla da tanışlığım, dostluğum var.



- Çəkini necə qoruyursan? Pəhriz saxlayırsan?

- Dadını bəyəndiyim hər yeməyi yeyirəm. Hər hansısa pəhrizim yoxdur. Amma Azərbaycan mətbəxi üçün çox darıxıram.

- Bədən ölçünüzü qorumaq üçün yeməkdən imtina etməli olsan necə?

- Onda da istədiyim yeməyi yeyəcəm, çəkimi qorumaq üçün idman edəcəm.

Vaxt keçdikcə insanın bədəni dəyişir. Sən gələcəkdə bədəninizdə hansısa qüsuru aradan qaldırmaq üçün plastik əməliyyat edərsən?

- Əgər idmanla aradan qaldılracaq problemdirsə, idman edərəm. Amma yaşlananda üzümdə qırışlar və ya digər problem çıxarsa, plastik əməliyyat edərəm, buna pis baxmıram.

- İndi bədənində hansı hissə xoşuna gəlmir?

- Bir az göbəyim çıxıb, o da anamın məni çox yedirtməyindəndir (gülür)




- İstər ulduz olsun, istər model, onlara həm normal təkliflər gəlir, həm də əxlaqsız təkliflər olur. Sizə necə?

- Məndə belə hal olmayıb. Bu da özümdən asılıdır. Məsələn, sənlə görüşüb otururam, çayımızı içib söhbət edirik və mən buradan durub evə gedirəm. Demirəm ki, mən mələyəm, sadəcə elə mühitlərdə olmuram ki, mənə hansısa pis təklif gəlsin.

- Bəs təklif gəlsə necə?

- Hər halda “hə” deməyəcəm.

- Sponsorluq təklifini necə qiymətləndirirsən?

- Yaxşı ki, bu sualı verdin, bəzi ağzı göyçəklər deyir ki, guya Könül Əzizovanı qabağa çəkən var və s. Mənim Azərbaycanda bir sponsorum var, o da yanımda oturan rəfiqəm Yeganədir. Bu günə qədər sponsora ehtiyacım olmayıb. Mən heç bir gözəllik və model yarışmasına qatılmamışam ki, sponsora ehtiyacım olsun və mənə dəstək gəlsin. Sadəcə gedib müraciət edib bəyənilmişəm və agentliklərdən təklif gəlib işimi görmüşəm. İkincisi də mən müğənni də deyiləm ki, mənə sponsor olsun.

- Amma Demet Akalın müğənni oldu.

- Mənim müğənni olmaq fikrim yoxdur axı.

- Qazancınız haradan gəlir?

- Qazancım gördüyüm işdən gəlir. Orada çalışanda yığdığım pulu indi 8 ay ərzində Azərbaycanda xərclədim.

- İlk aldığınız qonorar nə qədər olub?

- Təxminən 300 türk lirəsi idi. Bizim pulla təxminən 150 dollar.

- Ajda Pekkan bu yaxınlarda müsahibəsində belə fikir səsləndirdi ki, kariyerama görə ana olmadım ki, məni sevənləri itirərəm, bədən ölçülərim dəyişər və mən özümü pis hiss edərəm. Sənin necə, belə qorxuların var?

- Bu, mənim şəxsi həyatımdır. Evli, ya da subay olmağım mənim öz işimdir.



- Siz göz önündə olan adamsız və insanlar həmişə sizin şəxsi həyatınız insanlara maraqlı olacaq.

- Xeyr, tamaşaçılar mənim işimə baxıb, ona əsasən mənə qiymət verməlidir. Evli, subay, ya da nişanlı olmağımın kimə aiddiyyatı var. Uşağa gəlincə isə qismət olsa ana olmaq istəyirəm. Bu barədə qorxum yoxdur. Ona görə özümə əminəm ki, anam 3 övlad dünyaya gətirib və bədən forması mənimkindən də yaxşıdır. Təki Allah mənə övlad qismət eləsin.

- Beynəlxalq arenaya çıxmaq istəyirsiniz?

- Mən onsuz da beynəlxalq arenadayam.

- Sizə soyunmaq təklifi gəlsə, ona reaksiyanız necə olar?

- Baxır necə soyunmaq.

- Məsələn, “bikini” fotosessiyası...

Niyə də olmasın?! Mən modeləm.

- Sizin təsəvvürünüzdəki kişi obrazı necədir?

- Mənim sənətim elədir ki, hər cür yaraşıqlı oğlanları , kişiləri görürük. Mənə görə ideal kişi yaraşıqlı kişi deyil. əsl kişi obrazı onun mənliyi, qüruru, kişiliyidir. Görüntüyə gəlincə demirəm meymuna oxşasın, yanıma yaraşsın, amma xasiyyəti çox önəmlidir.

- Yəqin ki, indiyəcən sevgiliniz olub...
- Sən məni quyuya sala bilməzsən. Şəxsi həyatımdan danışmayacam (gülür)



- Gənc modellərə nə məsləhət görərdiniz?

- Azərbaycanda bir kəsim var ki, özlərini model adlandırsa da, onlar model deyil. Bir-iki agentlik var ki, onların dəfilələrində olmuşam ki, onların modellərini görüb bəyənmişəm. Amma bəzi yarışmalardakı modelləri model saymıram. Bəzi xanımlara demək istəyirəm ki, özünüzü gözəl görürsüzsə, bu o demək deyil ki, siz modelsiz. Model adını batırmayın. Başqa sahəyə də yönələ bilərsiz. Cürbəcür yerlərdə şəkil çəkdirməklə, facebook, instagram səhifəsində şəkil paylaşmaqla model olmurlar.

- Elə olan halda podiumda “veşilka” olacaqlar...

- Elə bilirsiniz “veşilka” olmaq asandır. Model olmaq elə podiumda “veşilka” olmaqdır. Mən də olmuşam. Modellik gözəllik tələb edir, amma manekenlik üçün uzun boy və arıq bədən lazımdır. Mankenlik paltarı nümayiş etdirmək üçün asılqandır. Bütün mankenlər asılqandır. Modelyer məni paltarı nümayiş etdirməyə çağırır, orada mənim öz bədənimi və gözəlliyimi nümayiş etdirməyimə ehtiyac yoxdur, ön planda paltar olmalıdır.

- Bəzi xarici ulduzların şəxsi və açıq-saçıq olan fotoları yayıldı. Sizin başınıza belə şey gəlmə ehtimalı var?

- Yayılsın da. Mənim açıq fotolarım var, onlar da peşəkardır. Başıboş adamlar kimi aynanın qabağında özümü çəkmirəm ki, qorxum. Lazımdısa, açıq -saçıq şəkillərimi verə bilərəm. Açıq fotolarım var, bunlar da peşəkar işdir, bu, sənətdir.

- Azərbaycan müğənnilərindən model formasında kimi görürsünüz?

- O gözlə baxmamışam, amma çox gözəl müğənnilərimiz var. Müğənni kimi bəyəndiklərimdən biri Röyadır. Kişilərdən isə Abbas, Zamiqin adını çəkə bilərəm.

- Xarici ölkələrdə modellər nazir, dövlət işçisi olur. Sizin belə arzunuz var?

- Nazir olmaqda gözüm yoxdur, amma xeyriyyəçiliklə məşğul olmaq arzum var.

- Biznesiniz var?

- Aha. Tekstil, parça biznesi .

Çəkilişdə istifadə olunan geyimlərə görə Gülşən Tağıya təşəkkür edirik.

Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti