Venera ilə Yupiter `öpüşəcək` - VİDEO

Venera ilə Yupiter `öpüşəcək` - VİDEO
  30 İyun 2015    Oxunub:4826
İyunun 30- dan iyulun 1-nə qədər astronomiya həvəskarları maraqlı hadisəni izləyə biləcəklər. Yupiter və Venera səmada elə yerləşəcək ki, insanlar onları sanki vahid formada olduğununu görəcəklər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“İsti Venera və uzaq qaz nəhəngi Yupiter gecə saatlarında səmanın qərb hissəsində teleskopsuz, adi gözlə aydın şəkildə görünəcək. 30 iyun – 2 iyul tarixlərində hər iki səma cismi bir-birinə o qədər yaxınlaşacaq ki, onlar ikili ulduza bənzəyəcəklər”, – deyə Moskva planetarisinin saytında bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, buludsuz havada Veneranı gündüzdə görmək mümkün olacaq. Belə ki, bu planet Yer planetindən görülən Günəş və Aydan sonra ən parlaq obyektdir.

Hər iki planetin “səma öpüşü`nü iyulun 4-nə qədər izləmək olar.



Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti