`Ziya Məmmədov onun qudasıdır, gedib xahiş etsin...`

`Ziya Məmmədov onun qudasıdır, gedib xahiş etsin...`
  29 May 2015    Oxunub:8087
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Musa Quliyev həmkarı Sabir Rüstəmxanlınin Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçrilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.
AzVision.az xəbər verir ki, Gəncədə seçilən deputat M.Quliyev bildirib ki, Sabir Rüstəmxanlının burada M.Ə. Rəsulzadənin abidəsinin başına çuval keçrilməsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur: “Ümumiyyətlə, Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adı çəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər S. Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin. Gəncə İcra Hakimiyyətinin balansında “İstiqlal” parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gösəl istirahət edir”

M.Quliyev əlavə edib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələr öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayırlar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə: “Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. S. Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı və ondan sonra dəqiqləşmiş fikir söyləyəydi. Belə yarımçıq fikirlərin yeri yoxdur.”

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti