`Qollarımı qandallayıb apardılar` - Hacı İbrahim həbsindən danışdı

`Qollarımı qandallayıb apardılar` - Hacı İbrahim həbsindən danışdı
  29 May 2015    Oxunub:2400
“Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli sərbəst buraxılması haqqında ilk dəfə televiziyaya açıqlama verib.


AzVision.az xəbər verir ki, Ans-ə danışan Nehrəmli mətbuatda onunla bağlı yayılan informasiyalara öz münasibətini bildirib:

“Günorta saatlarında ora getdim. Nəyə görə saxlanıldığımı soruşdum? Məni kimsə qəbul etmirdi. Bundan sonra bir-iki adamdan xahiş etdim ki, məni qəbul etsinlər, gəlib qapıda qalmışam. Sonra çox hörmətlə qəbul etdilər. Axşam saat 8-ə qədər yuxarıda gözlədim. Bu müddət ərzində kimsə mənə bir söz demədi. Gəlib qollarımı qandallayıb aşağıya apardılar. Bir-iki gün orada qaldım. Amma orada qalmağımın səbəbini bilmədim. Daha sonra saxlanılmağımın səbəbi məlum oldu ki, kredit borcum var. Mənim kredit borclarımın vaxtı 2019-cu ildə bitir. Kreditin vaxtı keçdiyinə görə, faiz borcu 1 milyon 500 mini keçib. Kredit borcumu iki günə ödədikdən və problemin həll olunandan sonra azadlığa buraxıldım".




Teqlər:  





Xəbər lenti