Bakıda reyd: Nasaz avtobuslar, sənədiz sürücülər

Bakıda reyd: Nasaz avtobuslar, sənədiz sürücülər
  28 May 2015    Oxunub:2968
Nəqliyyat nazirliyinin əməkdaşları Nərimanov və Binəqədi rayonlarının ərazisində avtobus sürücülərinə qarşı reyd keçirib.Reyd zamanı istifadəyə yararsız avtobuslarla yanaşı heç bir sənədi olmadan sərnişin daşıyan sürücülər də aşkar olunub.

Heçbir sənədi olmadan avtobus idarə edirlər.

Bu Avtobusun isə ön hissəsi sınıq vəziyyətdədir.

Reydin keçirilməsində əsas məqsəd isə İlk Avropa Oyunları qabağı ictimai nəqliyyatda mövcud vəziyyəti yoxlamaqdır.Reyddə ümumilikdə 60-dan çox sərnişin avtobusına baxış olub.

Reyd zamanı köhnə və nasaz avtobuslardan sərnişinlər düşürülüb avtobuslar isə cərimə meydançasına aparılıb.

Reyddə daha çox nöqsanlar 10,26,38,108,123,155,179,202,165 saylı marşurt avtobuslarında aşkar edilib.Həmin marşurut xəttlərinin sahiblərinə xəbərdarlıq edilməklə barələrində inzibati qaydada cərimə tətbiq edilib.Nəqliyyat Nazirliyi bu cür reydləri davam etdirəcək.




Teqlər:





Xəbər lenti