`Azərbaycanın nüfuzu artır`- Putin

`Azərbaycanın nüfuzu artır`- Putin
  27 May 2015    Oxunub:2856
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.

V. Putinin məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Milli bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycanın dünya arenasında nüfuzu artır.

Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, biz konstruktiv siyasi dialoqun genişlənməsini, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da birgə səylərimizlə təmin edəcəyik. Bu, ölkələrimizin əsaslı maraqlarına cavab verir, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.

İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzu edirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti