65 yaşlı nənə 4 uşaq doğdu

65 yaşlı nənə 4 uşaq doğdu
  23 May 2015    Oxunub:2795
Almaniyada 65 yaşlı qadın dördəm dünyaya gətirib. Anneqret R. adlı qadın Berlində bir xəstəxanada üç oğlan və bir qız körpə dünyaya gətirib. Yaşlı qadın hamiləliyin 26-cı həftəsində doğuş edib.
Körpələrin çəkisi 655-960 qram, boyu isə 30-35 santimetr arasında olub. Yeni doğulmuş körpələr xəstəxanda xüsusi həkim nəzarətində saxlanılsa da, həyati təhlükələrinin olmadığı deyilir.

65 yaşlı qadının süni mayalanma yolu ilə hamilə qaldığı məlum olub. Anneqret R. Almaniyada süni mayalanma qadağan olduğu üçün xarici ölkədə hamilə qalıb. Yaşlı qadının yeni doğulmuş dörd uşağından başqa 13 övladı və 7 nəvəsi var.

İbtidai məktəb müəllimi olan qadın 13-cü uşağını 2005-ci ildə dünyaya gətirmişdi. Uşaqlarının sayı 17-ə çatan 65 yaşlı ana dünyanın ən yaşlı dördəm doğuran qadını olaraq tarixə keçib. Yaşlı qadının ilk uşağının 44 yaşı var.
(Ans)


Teqlər:  





Xəbər lenti