80-ə yaxın iş adamı tutuldu - Türkiyədə kütləvi həbslər

80-ə yaxın iş adamı tutuldu - Türkiyədə kütləvi həbslər
  22 May 2015    Oxunub:3634
Türkiyədə “paralel dövlət” əməliyyatı çərçivəsində Konya şəhər polis idarəsinin kemiş şöbə rəisi Ərcan Daştəkin və 20 nəfər tutulub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni vaxtda ölkənin 10 şəhərində keçirilən əməliyyatlarda bir çox polis rəisləri saxlanılıb.

Ümumilikdə isə 80-ə yaxın iş adamı adı çəkilən əməliyyat çərçivəsində polis tərəfindən tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, Türkiyədə 2013-cü ilin dekabrında keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatları çərçivəsində 70-dən çox iş adamı tutulmuş, məlum olaylarda adı hallanan 4 nazir istefa vermişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti