`Biz Mətanəti tənqid etmişik, ATV-ni yox` - Ans-dən AÇIQLAMA

`Biz Mətanəti tənqid etmişik, ATV-ni yox` - Ans-dən  AÇIQLAMA
  22 May 2015    Oxunub:8532
Ans telekanalında ATV-nin tanınmış aparıcısı Mətanət Əliverdiyeva ilə bağlı efirə gedən tənqidi sujet böyük qalmaqala səbəb olub.
Hər iki telekanalın əməkdaşları sosial şəbəkələrdə söz davasına çıxaraq bir-birlərinin ünvanına təhqir dolu ifadələr səsləndiriblər.

Məsələ ilə bağlı ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzVision.az-a bildirib ki, aparıcı Mətanət Əliverdiyeva ilə bağlı hazırlanan süjetin ATV-nin rəhbərliyə heç bir aidiyyatı yoxdur, burada tənqid olunan tərəf aparıcıdır.

“Biz orda ağır bir şey deməmişik. Ləman Ələşrəfqızı aparıcı haqqında süjet hazırlayıb. Bunun rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Yəni süjetdə rəhbərlik yox aparıcı tənqid olunur”.

Qeyd edək ki, ötən gün ANS telekanalının əməkdaşı Ləman Ələşrəfqızı ATV-nin məşhur aparıcısı Mətanət Əlverdiyeva haqqında tənqidi materail hazırlayıb.

L.Ələşrəfqızı öz süjetində “təhqir varsa, gərək üzr istəmək mədəniyyəti də olsun. Sənsə bunu istəmədin. Çalışdığın kanal da yanlış olaraq bu səhv mövqeyi müdafiə elədin”-deyərək aparıcı Mətanətin yanğınla bağlı fikirlərini tənqid edib.

Xatırladaq ki, teleaparıcı Mətanət Əliverdiyeva ötən gün “Gündəlik” verilişində Bakının Binəqədi rayonu Azadlıq prospektindəki dəhşətli yanğınla bağlı fikirlərini səsləndirib. O, “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”-deyib. Bu isə insanlarda qıcıq yaradıb. Teleaparıcı sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti