Penoplast necə yan(m)ır? - EKSPERİMENT

Penoplast necə yan(m)ır? - EKSPERİMENT
  20 May 2015    Oxunub:125949
Ötən gün Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğının səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Hadisəyə ilkin səbəb kimi, binanın üzlüyünə vurulan materialın keyfiyyətsiz olması göstərilir.

15 nəfərin öldüyü yanğının təxribat məqsədilə törədilməsi də səslənən iddialar sırasındadır. Bildirilir ki, binaya vurulan “penoplast” üzlüyün kiçik qığılcımla alışması mümkün deyil. Bu baxımdan təxribat ehtimalı hazırki durumda müzakirə mövzusu ola bilər. Bakı meri Hacıbala Abutalıbov da bu gün jurnalistlərə verdiyi açıqlamasında bu variant üzərində araşdırma aparıldığını diqqətə çatdırıb.

AzVision.az-ən əməkdaşları deyilənlərə aydınlıq gətirmək üçün yanğın olan binadan götürülən “penoplast” parçası ilə eksperiment aparıb. İlk olaraq üzlüyü yanan kağız parçası ilə alovlandırmağa çalışdıq. Lakin “penoplast” tüstülənsə də yanmadı. Daha sonra alışqanla üzlüyü yandırmağa cəhd etdik. Bu dəfə də “penoplast” üzlük yanmadı.

Eksperiment göstərir ki, “penoplast” üzlüklərin yanması üçün güclü təsir olmalıdır, kiçik qığılcımla üzlüyün böyük bir faciəyə səbəb olması real görünmür.



AzVision.az


Teqlər:  





Xəbər lenti