Gürcüstan Ermənistana etiraz etdi

Gürcüstan Ermənistana etiraz etdi
  05 May 2015    Oxunub:2316
Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Erməni spiker Halust Saakyanın de-fakto Cənubi Osetiyanın Sxinval regionunun nümayəndəsi ilə görüşü barədə Gürcüstan XİN-ə çağırılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, de-fakto Gürcüstanın separatçı regionu Sxinvalın parlament spikeri olan Anatoli Bibilov erməni həmkarı Halust Saakyanın dəvətilə Dağlıq Qarabağda səfərdə olub.

“Gürcüstanın xarici işlər naziri Qiqi Qiqiadze Ermənistan parlamentinin spikeri ilə Rusiyanın işğalçı rejimində Sxinval regionunun hazırki nümayəndəsi, “parlamentin sədri” ilə görüşündən olduqca narahat olduğunu bildirib”, -deyə Gürcüstan səfirliyinin yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti