Ərdoğan tarixçilərlə görüşü təxirə saldı

Ərdoğan tarixçilərlə görüşü təxirə saldı
  21 Aprel 2015    Oxunub:1256
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan 1915-ci il hadisələrinin tarixçilərlə müzakirəsini təxirə salıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Ərdoğanın bu həftə gərgin iş qrafikinin olmasıdır.

Qeyd edək ki, bu gün təşkil olunması planlaşdırılan toplantıda tarixçilər və akademiklər ermənilərin iddiaları barədə fikir mübadiləsi aparacaqdı.

Mütəmadi olaraq “tarixi tarixçilərin öhdəsinə buraxaq” çağırışları edən Ərdoğanın 1915-ci il hadisələrini araşdırmaq üçün işçi qrup yaratmaq istədiyi bildirilir.

Sevinc


Teqlər:  





Xəbər lenti