Emin həyatının məqsədini açıqladı

Emin həyatının məqsədini açıqladı
  18 Aprel 2015    Oxunub:2495
Məşhur müğənni-bəstəkar Emin Ağalarov “Day.az” portalına müsahibəsində hazırda əsas məqsədini açıqlayıb.
AzVision.az-ın məlumatına görə, Emin müsahibəsində bildirib ki, onun əsas hədəfi daha çox insanı öz musiqisi ilə tanış etməkdir.

“Mən sadəcə bu musiqinin simasıyam. Hazırda iki albom yazdırıram. Rus-dilli albom artıq hazırdır. Bu albom bir az fərqli olacaq. Yeni albomda olacaq musiqilər indiyə qədər ifa etdiyim mahnılardan fərqlənəcək. Paralel olaraq kover albomun yazılışları da davam edir. Bu albomda isə ötən əsrin 60-70-ci illərinin ən məşhur ifaçıları yer tutacaq. Onun satışa çıxarılacağını deyə bilmərəm, ancaq albom mütləq yazılacaq. Ancaq hələ vaxtım yoxdur.

Albomun prodüseri əvvəlki iki albomdakı olduğu kimi Brayan Robbins olacaq. Albomda Elvis Presli, Tom Cons, Toni Bennet və digər məşhurların mahnıları yer alacaq. Bu mahnıları London orkestrinin müşayiəti ilə yazmağı planlaşdırırıq. Hesab edirəm, maraqlı layihə alınacaq”, - deyə Emin bildirib.

Emin onu da əlavə edib ki, yaxın vaxtlarda Azərbaycandan hər hansı bir müğənni ilə duet oxumaq fikri yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti