Papa “soyqırım”a görə 25 milyard alıb

Papa “soyqırım”a görə 25 milyard alıb
  17 Aprel 2015    Oxunub:2533
Roma Papası Fransisk “erməni soyqırım”nı 25 milyard dollar müqabilində tanıyıb.
AzVision.az-ın məlumatına görə, bu sensasiyalı bəyanatı Türkiyənin “Haber7” telekanalı xəbər verir.

Məlumata əsasən, Roma papası ilə razılaşmasının təşkilatçısı erməni milyarder, Las-Veqasda bir neçə kazinoların rəhbəri Kirk Kerkoryan olub.

Kerkoryan Papanın “soyqırım” ifadəsini işlədəcəyi tədqirdə 20 biznesmenlə birgə öz aktivlərini Vatikan bankının hesabına köçürəcəyinə dair söz verib.

Türkiyə saytı vurğulayır ki, bu ilin yanvar ayında Kerkoryan Roma Papası ilə görüşüb. Papa əvvəlcə onun təklifindən imtina etsə də, sonra Vatikan bankında maliyyə problemlərini nəzərə alaraq bu təklifi qəbul edib.

Türkiyə mətbuatı vurğulayır ki, Roma Papasının aprelin 24-ü “erməni soyqırım”nın 100 illiyi ilə əlaqədar İrəvanda keçiriləcək tədbirlərə qatılmaması səbəbini də açıqlayıb. Nəşrin iddiasına görə, Papa bu razılaşmasının üzə çıxmasından qorxduğuna görə, Yerevana getməkdən imtina edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti