Sadıq Sadıqov: `Getsəm, çətin ki, özümə gələm`

Sadıq Sadıqov: `Getsəm, çətin ki, özümə gələm`
  31 Mart 2015    Oxunub:2905
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, futbolinfo.az-a müsahibəsində S.Sadıqov istefa vermədiyini rəsmən bəyan edib:

`Mən istefa verməmişəm. Gördüyünüz kimi komandamın məşqini izləyirəm. Sadəcə olaraq, Neft Emalı Zavodu ləğv olunur deyə, komanda "Neftçi" İdman Sağlamlıq Birliyinin tərkibinə verilir. Buna görə də struktur dəyişikliyi ola bilər. Necə olacağını isə qarşıdakı günlərdə biləcəyik.

Mən futbolsuz qala bilmərəm. İnsanın yaxını rəhmətə gedəndə adam bir müddət özünə gələ bilmir. “Neftçi”dən getsəm, çətin ki, özümə gələm. Bunun üçün zamana ehtiyac olacaq. Mən hər zaman “Neftçi”yə dəstək vermək üçün çalışmışam`.

AzVision.az


Teqlər:





Xəbər lenti