TQDK və Bilik Fondu arasında saziş
AzVision.az TQDK-ya istinadən xəbər verir ki, sazişdə əhalinin elmi biliklərin müxtəlif istiqamətləri üzrə maarifləndirilməsi məqsədilə təşkilat və təbliğat xarakterli tədbirlərin birgə həyata keçirilməsi, azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi, hüquqi və dini dəyərlərin ölkə ərazisində və xarici ölkələrdə təbliği, orta, ali, texniki peşə təhsili müəssisələrində gənclərin hüquqi maarifləndirilmələri və s. məsələlərdə birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur.
Sənəd, həmçinin yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin, ətraf mühitin mühafizəsinin təbliğ olunmasını, Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi və tanıdılması istiqamətində tədbirlərin təşkili və digər sahələri əhatə edir.