Zakir Qaralovdan yeni rəis təyinatı

Zakir Qaralovdan yeni rəis təyinatı
  04 Mart 2015    Oxunub:2381
Baş Prokurorluğa yeni idarə rəisi təyin edilib.
AzVision.az APA-ya istinadən məlumatına görə, Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Elşən Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinat barədə məlumatı təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluqda Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Rasim Hacıyev tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti