Praqada Xocalının qeyri-adi tanıtımı – FOTOLAR

Praqada Xocalının qeyri-adi tanıtımı – FOTOLAR
  27 Fevral 2015    Oxunub:4332
Fevralın 26-da Çexiyanın paytaxtı Praqa şəhərinin tarixi mərkəzi, “Qədim şəhər meydanı” (“Staroměstské náměstí”) adlanan meydanda Xocalı soyqırımının dünyaya çatdırılması strategiyası çərçivəsində Azerbaijan Student Network təşkilatı “İndeks” təşkilatının dəstəyilə tədbir keçirib.

Çoxsaylı insan axını olan meydanda orta əsrlərə aid memarlıq abidəsi olan binanın üzərində Xocalı faciəsi “videomappinq” vasitəsilə vizual formada, təkrar etməklə minlərlə Praqa sakini və turistlərə nümayiş olunub.

Xocalı qətliamının bəşəri cinayət olmasını daha bariz göstərmək üçün 5 dəqiqəlik video süjetdə paralel olaraq, alman faşistlərinin 1942-ci ildə Çexiyanın Liditse şəhərində törətdiyi kütləvi qırğın da xatırlanıb. Təsirli bədii installyasiya əsərinin yaradılmasında Azərbaycandan “Hipnotika” və Çexiyanın “Blak/Divizion” gənc dizaynerlər komandaları birgə iştirak ediblər.

Tədbirin hazırlanması bir neçə ay çəkib. Texniki təminat, münasib binanın seçimi, Praqa meriyası ilə danışıqlar, razılıq sənədinin alınması və sair məsələləri “Azerbaijan Student Network” (Azərbaycanlı Tələbələr Şəbəkəsi) təşkilatı həll edib.

- Bu 15 dəqiqəlik video məpinqin nümayişi bir çox insanın aylarla gördükləri gərgin əməyin sayəsində mümkün olub. Mən onların hamısına və bizi dəstəkləyən bütün şəxslərə minnətdarlıq bildirmək istərdim. Əsas məqsədimiz mümkün qədər geniş auditoriya qarşısına çıxmaq və daha təsirli tərzdə haqq səsimizi çatdırmaq idi. Məhz buna görə biz vizual incəsənət olan video məpinqə üstünlük verdik. Necə deyərlər – bir dəfə göstərmək yüz dəfə söyləməkdən daha inandırıcıdır. Düşünürəm, məqsədə nail ola bildik,- deyə təşkilat rəhbəri Nazim Əliyev bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın Çex Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Fərid Şəfiyev bu tədbiri tarixi ədalətin bərpasına beynəlxalq dəstəyin artırılması kimi qiymətləndirib.

Qalereya




Teqlər:  





Xəbər lenti