Xocalılarla görüş keçirilib – FOTOLAR

Xocalılarla görüş keçirilib – FOTOLAR
  26 Fevral 2015    Oxunub:1702
Bu gün Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə Xocalı sakinlərinin məskunlaşdığı yeni qəsəbədə Xocalı Soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalıdan və digər işğal altında olan ərazilərdən Gəncədə məskunlaşmış qaçqın və məcburi köçkün ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından 23 il keçir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı günü kimi qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.

Tədbirdə Xocalı qətliamının dəhşətlərindən bəhs edən ədəbi-bədii kompozisiya göstərilib. Tədbir iştirakçıları daha sonra Xocalı faciəsini əks etdirən kitablara və rəsm sərgisinə baxıblar. Gəncə alimləri tərəfindən hazırlanmış Xocalı qətliamından bəhs edən yeni kitablar hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Xocalı sakinləri ilə səmimi söhbət edib, onların arzu və təkliflərini dinləyib, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib. Sonda Xocalı qurbanlarının xatirəsini yad etmək üçün ehsan süfrələri açılıb, onların ruhuna dualar oxunub.

Qalereya




Teqlər:





Xəbər lenti