Bakıda gecəyarı Xocalı yürüşü - FOTOLAR

Bakıda gecəyarı Xocalı yürüşü - FOTOLAR
  26 Fevral 2015    Oxunub:2172
Bu gecə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən Xocalı faciəsinin ildönümü münasibətilə “Xocalıya ədalət” şüarı altında gənclər təşkilatları üzvlərinin iştirakı ilə yürüş təşkil edilib.

Yürüş 26 fevral 2015-ci il tarixində, saat 04.30-da Xocalı prospektində ucaldılmış “ANA FƏRYADI” abidəsinin önündən başlayaraq, Dənizkənarı Milli Parka qədər keçirilib və şamlarla işıq saçan fənərlərin səmaya buraxılmasıyla yekunlaşıb.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib.Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.

Qalereya




Teqlər:  





Xəbər lenti