Miss-Media | `Azercell`in Mələk siması – FOTOLAR, VİDEO

Miss-Media | `Azercell`in Mələk siması – FOTOLAR, VİDEO
  12 Fevral 2015    Oxunub:32871
AzVision.az-ın `Miss-Media` layihəsində sizi ölkə mediasının gözəl xanımları ilə tanış edirik. Rubrikanın budəfəki qonağı bir sıra televiziya verilişlərindən və `Azercell`-in reklamından yaxşı tanıdığınız Mələk Heydərovadır.

Mələk Heydərova Bakıda doğulub. Aktrisa olmaq üçün təhsilini 3-cü kursdan yarımçıq qoyub. Bir müddət aktrisa kimi çalışandan sonra televiziyadan müxbir işi ilə bağlı təklif gəlib. İlk iş təcrübəsi `Region TV`-də olub. 6 ay işlədikdən sonra `Space` televiziyasında yayımlanan “Qadın sözü” verilişinə aparıcı gedib. Hazırda paralel olaraq həm də “Kişilər evdə olmayanda ” verilişini aparır.

- Düşünürəm ki , hər iki verilişdə də uğur qazandım. – deyir Mələk.- Bununla bərabər, aktrisa kimi də çalışıram, hazırda filmə və reklama çəkilirəm. Bu qədər işim olduğundan, hobbim yoxdur. İşdən kənar məşğuliyyətim kitab oxumaqdır. Eyni anda 3-4 dəfə kitab oxuya bilərəm. Kitab oxumadığım anlar özümü çox boş hiss edirəm. Ondan sonra it ilə oynamaq və ailəmlə birgə vaxt keçirməyi xoşlayıram. Üzgün olduğum zaman arada bir şeirlər yazıram. Özümdə sevdiyim bütün xasiyyətləri özüm formalaşdırmışam. Anadan belə doğulmamışam. Hər zaman gülümsəyirəm. Bu, çox yaxşı xüsusiyyətdir.

Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti