Toyda dava: gəlinin atası bıçaqladı

Toyda dava: gəlinin atası bıçaqladı
  01 Fevral 2015    Oxunub:2213
Mingəçevir şəhərində toy mərasimində baş verən dava bıçaqlanma ilə nəticələnib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, mərasim zamanı spirtli içki qəbul etmiş qohumlar arasında dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb.

O, təcili Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Hadisəni bəyin qohumu Murad adlı şəxs tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti