18 yaşlı qız maşının altında qaldı

18 yaşlı qız maşının altında qaldı
  31 Yanvar 2015    Oxunub:2408
Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, hadisə bu gün Lənkəran-Lerik şose yolunun rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İpək yolunun tikintisində çalışan ağırtonnajlı yük maşını hərəkətdə olarkən yolu keçmək istəyən Lerik rayon sakini, 18 yaşlı Şəbnəm Əlövsət qızı Əlinuru vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona təcili olaraq qan köçürülüb.

Zərərçəkmişin səhhətində heç bir irəliləyiş müşahidə olunmadığından o, Bakıya göndərilib. Şahidlərin sözlərinə görə, Şəbnəm Kərgəlanda yaşayan əmisinin evinə qonaq gəlibmiş.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti