Duman, çiskin olacaq - Günün havası

Duman, çiskin olacaq - Günün havası
  31 Yanvar 2015    Oxunub:1303
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, havanın günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti