`Putinin klipi` rekord qırdı - VİDEO

`Putinin klipi` rekord qırdı - VİDEO
  31 Yanvar 2015    Oxunub:3053
Rusiyalı müğənni Maşaninin prezident Vladimir Putinə həsr etdiyi “Mənim Putinim” adlı klip Youtubda izlənmə rekordu qırıb.
Mahnıda müğənni Putinin uğurlarını - Krımın Rusiyaya birləşdirilməsi və keçmış Sovet İttifaqının canlanmasını vəsf edir.

Mahnının nəqarət hissəsində isə gözəl müğənni rus liderə belə səslənir:

“Sən Putinsən, bəli, sən Putinsən,
Mən səninlə olmaq istəyirəm,
Mən sənə deyirəm ki,
Putinim, mənim sevimli Putinim
Məni yanına apar
Mən səninlə olmaq istəyirəm
Və burada nə etməliyik?
Qaçacayıq, qaçacayıq
Təbii ki, biz onun arxasınca gedəcəyik
Çünki o, Putindir”.

Klipdə Maşani iki fərqli paltar ilə tamaşaçıların qarşısına çıxır. O, ilk olaraq Rusiya, daha sonra isə Ukrayna bayrağının rənglərində paltar geyinir. Ukrayna bayrağı rəngində paltar geyindiyi zaman müğənninin daş divar arxasında çıxılmaz vəziyyətdə qaldığı görünür. Bununla Maşani Ukraynanın hazırda hansı vəziyyətdə olduğunu bildirmək istəyir.

Klipə 48 saat ərzində 700 min dəfə baxılıb.




Teqlər:





Xəbər lenti