YAP-dan cavab: “Freedom house”u ermənilər maliyyələşdirir

YAP-dan cavab:  “Freedom house”u ermənilər maliyyələşdirir
  28 Yanvar 2015    Oxunub:1988
““Freedom house” təşkilatı həmişə böhtanlarla, qara yaxmaqla Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi imic formalaşdırmağa çalışır. Amma bu, heç vaxt baş tutmayıb. Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni var”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

YAP-çı deputat sözügedən təşkilatın bAzərbaycan əleyhinə yaydığı bəyanata münasibət bildirərək qeyd edib ki, “Freedom house” təşkilatı erməni lobbisi tərəfindən maliyyələşdirilir:

“Ona görə də bu təşkilatın hər hansı bir ölkə haqqında verdiyi şərhlər artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. Çünki bu qeyri-obyektiv bir təşkilatdır. Ona görə də bu qeyri-hökumət təşkilatının belə bir bəyanat verməsinin heç bir əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, “Freedom house”nin bu gün yaydığı bəyanatda bildirilib ki, Azərbaycan azad olmayan ölkələr sırasına daxildir.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti