Yeni rektor AzVision.az-a danışdı: `Jurnalistləri sevirəm...`

Yeni rektor AzVision.az-a danışdı: `Jurnalistləri sevirəm...`
  28 Yanvar 2015    Oxunub:4964
“Biz qarşımıza qoyulan vəzifəni yerinə yetirməliyik”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Universitetinin yeni rektoru Fərid Əhmədov deyib. F. Əhmədov universitetdə araşdırma aparacağını və bundan sonra fəaliyyət istiqamətini müəyyənləşdirəcəyini deyib:

“Mən jurnalistləri sevirəm. Ona görə ki, mən qərb təhsilliyəm. Qərbdə uzun illər yaşamışam. Mən Oksford Universitetində təhsil almışam. Azərbaycan universitetində təhsilin səviyyəsinin artırılması ilə bağlı hər hansı bir fikir söyləmək indi çox tezdir. Əvvəl burada araşdırma aparmalıyam və vəziyyəti təhlil etməliyəm. Bundan sonra bununla bağlı açıqlama verə bilərəm. Mən jurnalistlərin dostuyam”.

Qeyd edək ki, Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov vəzifəsindən azad edilib və onun yerinə Fərid Əhmədov təyin edilib. Yeni rektor dosent, hüquqşünasdır.

Maraq dairələri beynəlxalq ictimai hüquq, dövlət məsuliyyəti haqqında qanun,beynəlxalq hüquqda mübahisələrin həll edilməsidir. Gənc rektor ADA Universitetində Beynəlxalq hüquq və Hüquq qaydası&Beynəlxalq təşkilat fənnindən dərs deyir.

Bakı Dövlət Universitetində beynəlxalq hüququ ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsil alıb. 2002-2003-cü illərdə “Essex” Universitetində İnsan Hüquqları üzrə Beynəlxalq hüquq sahəsində magistr təhsili alıb.

2008-ci ildə o Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və Fəlsəfə İnstitutda doktorluq dərəcəsini alıb. Fərid Əhmədov son olaraq Oksford Universitetində hüquq sahəsi üzrə doktorantlığı bitirib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti