Metroda gərginlik: Qatarlar 20 dəqiqə gecikdi -YENİLƏNİB

Metroda gərginlik: Qatarlar 20 dəqiqə gecikdi -YENİLƏNİB
  28 Yanvar 2015    Oxunub:1915
Bu gün səhər saatlarında metroda gərginlik yaşanıb.
AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, qatarların hərəkətində ləngimələr olub.

Belə ki, yeraltı nəqliyyatdan istifadə edən sənişinlər həm gediş, həm də gəliş istiqamətində yarım saata yaxın qatar gözləməli olublar.

Dərnəgül və Həzi Aslanov istiqamətində hərəkət edən qatarlar gündəlik qrafikindən 20-dəqiqədən çox gecikmə ilə stansiyalara çatıb. Bu da metroda sərnişin sıxlığına səbəb olub.

***
9:36

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, qatar təxminən 10 dəqiqə gecikib.

N. Paşayevin sözlərinə görə, metronun "Nizami" - "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib: "Sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb".

N. Paşayev qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti